"azDesign Web Studio" 2006-cı ilin dekabr ayından etibarən mövcuddur. Bu tarixə kimi biz Dizayn və Məzmun Departamenti qismində 2000-ci ilin avqust ayından etibarən 6 il ərzində "Meridian" şirkətinin tərkibində fəaliyyət göstərmişik. Dizayn şöbəsinin mütəxəssislərinin işinə olan böyük tələbat bizim bölməmizin intensiv inkişafına təkan verdi. Nəticədə, sifarişlərin daha operativ yerinə yetirilməsi məqsədilə "Meridian” şirkəti tərəfindən sonralar müstəqil studiyaya çevrilmiş azDesign.ws xidməti formalaşdırıldı.